...

Sahibkarlar Azərbaycanda şərabçılıq sahəsində kadr çatışmamazlığının olduğunu bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2007 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ müxbir " S.Babayeva/"Aqro-Azərinvest" MMC-nin icraçı direktoru Vidadi Vəliyev bildirb ki, Azərbaycanda şərabçılıq sahəsində kadr çatışmamazlığı mövcuddur. Şirkət aqronom, şərabçılıq menecmenti, texnoloq və başqa sahələr üzrə mütəxəssislər hazırlayan Gəncə Kənd Təsərrüfatı Akademiyası tərəfindən yaradılan "Şərabçılıq məktəbi"ini öz himayəsinə götürüb.

Azərbaycanda yaradılan şərabçılıq plantasiyalarının böyük hissəsi son 2 ildə "Aqro-Azərinvest"in payına düşüb. Xanlar, Samux, Tovuz, Qəbələ, Yevlax və başqa regionlarda plantasiyalar yaradılıb. Bu gün şirkətin hesabında 1,5 min hektar üzüm sahələri var. 2007-ci ildə Xanlarda min tondan çox məhsul alınacağı gözlənilir. Azərbaycanda ümumi üzüm istehsalı Kənd Təsərrüfatı Nazirliyi səviyyəsində 100 min ton proqnozlaşdırılır. 2006-cı ildə ölkədə 2005-ci ildən 4 min ton çox - 86 min ton üzüm istehsal olunub.

Xəbər lenti

Xəbər lenti