...

İranın nəqliyyat nazirinin Azərbaycana səfərinin vaxtı dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2007 17:47 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/İran İslam Respublikasının nəqliyyat naziri Məhəmməd Rəhmətinin Azərbaycana səfərnin vaxtı aprel ayına dəyişdirilib. Bu barədə bu gün Azərbaycan Nəqliyyat Nazirliyindən məlumat verilib. Əvvəl səfər 1-2 mart tarixinə planlaşdırılmışdır.

İran nəqliyyat nazirinin Azərbaycana səfəri çərçivəsində müzakirələr, o cümlədən, avtomobil və dəmiryol əlaqəsi, həmçinin "Şimal-Cənub" dəhlizi məsələsənin müzakirəsi də planlaşdırılıb.

Həmçinin İran ərazisi vasitəsilə Naxçıvan MR-nə avtobus əlaqəsinin açılması layihəsinin də müzakirəsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti