...

Azərbaycanın Nəqliyyat Nazirliyinin təmsilçisi Xəzər ticarət-nəqliyyat konfransında çıxış edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2007 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend S.Əliyev/ Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqdisadiyyatı şöbəsinin müdiri Sədrəddin Məmmədov birinci Xəzər ticarət-nəqliyyat konfransında məruzə ilə çıxış edəcək. Bu barədə məlumatı konfransın təşkilatçısı qismində çıxış edən Cenergy şirkəti verib.

Nazirlik təmsilçisi "Neft və neft məhsullarının alternativ nəqli yolları" mövzusunda məruzə ilə çıxış edəcək.

23-24 aprel tarixində Bakıda keçiriləcək konfransda enerji daşıyıcılarının tədarükü və nəqli, həmçinin MDB, Avropa, Yaxın Şərqdən olan şirkətlərlə Xəzər regionu ölkələrinin əməkdaşlığının genişləndirilməsi məsələləri mrüzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti