...

"Plukovo" hava limanı Azərbaycanla sərnişin mübadiləsinin artdığını xəbər verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2007 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend S.Əliyev/ 2007-ci ilin yanvar ayının nəticələrinə görə "Plukovo" hava limanından 327,38 min sərnişin istifadə edib. Bu 2006-cı ilin müvafiq göstəricisindən 21,3 % çoxdur.

Hava limanından verilən məlumata görə Azərbaycan istiqamətində sərnişin mübadiləsi 15 % artıb. MDB ölkələri ilə sərnişin mübadiləsi 49,6 faizə qalxaraq 23,93 min nəfər təşkil edib.

"Plukovo" aeroportu Rusiyanın hava nəqliyyatı şəbəkəsində və Sankt-Peterburqun nəqliyyat sektorunda ən əhəmiyyətli və iri obyektlərdən biridir.

"Plukovo" hava limanına 74 əcnəbi, 26 MDB və 120 rus aviaşirkəti uçuşlar həyata keçirir.

Xəbər lenti

Xəbər lenti