...

Naxçıvanda sahibkarlarla görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/müxbir Trend C.Qurbanoğlu/Naxçıvanda sahibkarlarla görüş keçirilib. Bu barədə Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, tədbir regionda fəaliyyət göstərən sahibkarlıq subyektlərində müvafiq qanunvericilik aktlarına əməl olunması və sahibkarların hüquqi cəhətdən maarifləndirilməsi məqsədi daşıyırdı və görüşdə sahibkarların maarifləndirilməsi üçün biznes ideyalarının seçilməsi və reklam fəaliyyətinin təşkili məsələləri müakirə edilib.

Dövlət Əmək Müfəttişliyinin rəisi Azər Cəfərov, Naxçıvan MR Vergilər Nazirliyinin əməkdaşı Mirhüseyn Seyidov əmək müqavilələrinin bağlanılması, vergidən yayınma hallarının qarşısının alınması, ödəmələrin vaxtında icrası, nəzarət kassa aparatlarından istifadə edilməsi sahəsi ilə bağlı çıxış edərək sahibkarları maraqlandıran sualları cavablandırıb.

Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyindən onu da bildiriblər ki, yerli istehsal müəssisələri məhsullarının lazımınca reklam olunması istiqamətində sahibkarların maarifləndirilməsi və reklam işinin təşkili məsələlərinə aid tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti