...

Türkiyə ərazisindən Naxçıvana yumurta və quş əti məhsullarının gətirilməsinə müvəqqəti məhdudiyyətlər qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2007 14:54 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/müxbir Trend C.Qurbanoğlu/Türkiyə ərazisindən Naxçıvana yumurta və quş əti məhsullarının gətirilməsinə müvəqqəti məhdudiyyətlər qoyulub. Bu addım adıçəkilən qonşu respublikada H5N1 virusunun aşkar edilməsi ilə bağlı atılıb.

Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən bidiriblər ki, məsələ ilə əlaqədar olaraq sərhəd məntəqəsində fəaliyyət göstərən Baytar-Sanitar Nəzarət Məntəqəsi gücləndirilmiş iş rejimində işləyir. Xidmətin rəisi Əbil Əbilovun sözlərinə görə məhdudiyyətlər əhalinin təhlükəsizliyinə xidmət edir və bu hal müvəqqəti xarakter daşıyır. Müsahib yaxın vaxtlarda məhdudiyyətlərin aradan qaldırılacağını da bildirib.

Hazırda bununla bağlı regionda maarifləndirici tədbirlər aparıldığını, quşların qapalı yerlərdə saxlanılmasını təmin etmək üçün imkan daxilində şəxsi təsərrüfatlara daim nəzarət olunduğunu bildirən xidmət rəisi buna baxmayaraq, vətəndaşları da bütün ehtimallara qarşı diqqətli olmağa, maarifləndirici tövsiyələrə əməl etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti