...

Yayda R.V. Investment şirkəti Azərbaycanın ekologiya nazirliyinə hesabat təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2007 17:21 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanda qızıl yataqlarının işlənməsi ilə məşğul olan R.V. Investment Group Servies LLC şirkəti keçirdiyi əməliyyatlar barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hesabat və 2007-ci ilin yayına qədər audit hesabatını təqdim etməlidir. Bu barədə nazirlikdən məlumat verilib.

Tərəflər arasında imzalanmış PSA müqaviləsinə əsasən şirkət təqvim ili üzrə hesabatı yeddi aydan gec olmayaraq təqdim etməlidir.

Sonuncu dəfə R.V. Investment 2005-ci ilin yekunlarına aid ekologiya nazirliyinə hesabatı 2006-cı ilin avqustunda təqdim edib.

Əvvəllər şirkət Gədəbəy yatağında qızıl, mis və gümüş ehtiyatlarının ilkin qiymətləndirilməsinin başa çatmasını elan edib. İlkin qiymətləndirmə Gədəbəy filizinin əldə olunması üçün optimal vasitə açıq karxana yolu ilə faydalı qazıntıların çıxarılması nəticəsinə gəlməyə səbəb olub. Növbəti mərhələdə onun texniki əsaslandırılması hazırlanacaq. Bu prosesin 2007-ci ilin ikinci kvartalında tamamlanması nəzərdə tutulub. Tikinti 2007-ci ilin yayında başlanacaq.

Yatağın qiymətləndirilməsi nəticəsində illki qızıl əldə olunması minimum 5 il ərzində 55-70 min unsiya səviyyəsində müəyyən olunub.

Kapital qoyuluşu 25 milyon dolları keçib. İstehsal xərcləri bir unsiya üçün 275 dollar səviyyəsində nəzərdə tutulub. Bununla yanaşı, şirkət Azərbaycanın digər yataqları - Ordubad və Qoşa Bulaq yataqlarının potensial imkanlarının tədqiqatını davam etdirir.

R.V.Investment şirkəti Azərbaycan hökuməti ilə Azərbaycanın cənub-qərbində altı yatağın - Gədəbəy, Ordubad, Qoşa Bulaq, Vecnəli və Soyutlu yataqlarının işlənməsi ilə bağlı 1997-ci ilin avqustunda müqavilə imzalayıb.

Müqavilədə iştirakın 49%-i RV Investment Services Grour LLC, 51%-i isə ekologiya nazirliyi qismində Azərbaycan hökumətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti