...

"Planet Plus" səhmlərinin emissiya prospektini QKDK-da qeydiyyatdan keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2007 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir B.Xəlilova/ Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrtə Dövlət Komitəsi "Planet Plus" ASC-nin səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə məlumatı çərşənbə axşamı Bakı Fond Birjası yayıb.

Hər bir səhmin qiyməti 4 manat olmaqla emissiyanın ümumi dəyəri 400 000 manat təşkil edir. Emissiya prospektinə uyğun olaraq səhmlərin yazılışı Bakı Fond Birjasında açıq yazılama üsulu ilə aparılacaq. Səhmləri yayan anderraytor rolunda "AzerInterTrade" MMC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti