...

Naxçıvan şəhərində əhalinin 2,81 %-i ünvanlı dövlət sosial yardımı alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2007 15:44 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir C.Qurbanoğlu/ Fevral-mart aylarında Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə sosial yardım almaq üçün 358 nəfər yazılı müraciət edib. Mərkəzin direktoru Mədət İsmayılov bidirib ki, 342 müraciətə baxılıb, 332 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib.

Bu zaman 10 imtina halı qeydə alınıb. 7 ailə yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumat vermədiyi, 3-ü isə ailənin orta aylıq gəlirinin ehtiyac meyarı məcmusundan çox olduğu üçün onlara yardım verilməsinə imtina edilib. Digər 16 müraciət isə araşdırılır.

Mərkəzdən onu da bildiriblər ki, yanvar-fevral aylarında müraciət edənlərdən 188-i təkrar müraciətlərdir. Müraciət edənlərin sayında isə azalmalar müşahidə edilir. Təkcə fevralda 42 yeni müraciət olub, ödəmələr isə 23 min 548 manat təşkil edib.

Naxçıvan şəhərində 70 600 nəfər əhali yaşayır. 493 ailə ünvanlı dövlət sosial yardımı alır. Bu da şəhər əhalisinin 2,81 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti