...

Azərbaycanın Nəqliyyat Nazirliyi 2007-ci ildə avtomobil yolları üzrə iş planını elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2007 14:58 (UTC +04:00)

Azərbaycan,Baık/müxbir Trend S.Əliyev/2007-ci ildə Azərbaycanın Nəqliyyat Nazirliyi daxili investisiya hesabına Bakı-Ələt (22- 69 km), Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yollarının yenidən qurulması işini, Şəmkir-Gədəbəy, Tovuz-Əlibəyli yollarının tikintisi, Quba-İspik-Xınalıq yolunun tikinti layihəsinin ikinci mərhələsini reallaşdırmaq niyyətindədir. Bu barədə nazirliyin nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin rəhbəri Sədrəddin Məmmədov məlumat verib.

Nazirlik Qazax rayonunda (Xram çayı üzərində), Qəbələ rayonunda (Abrıx çayı üzərində), Qax rayonunda (Kunqut çayı üzərində), Xaçmaz rayonunda (Qudyalçay üzərində), Oğuz rayonunda (Qalaçay üzərində), İsmayıllı rayonunda (Lahıc kəndi yaxınlığında Girdıman çayı üzərində) körpülərin tikintisi layihələrini həyata keçirmək niyyətindədir.

2007-ci ildə nazirlik respublika və yerli əhəmiyyətli avtomobil yollarını "Avtomobil yolları" büdcə fondunun hesabına yenidən qurmaq, tikmək və lazımi səviyyədə saxlamaq niyyətindədir. Bu il bu fonda daxil olmaların ümumi həcmi 98 milyon manat səviyyəsində nəzərdə tutulub.

Bu fondun formalaşdırılması büdcənin aşağıdakı bəndlərinə əsasən həyata keçiriləcək: yol vergisi, yük və sərnişin daşınmasında istifadə olunan avtonəqliyyat vasitələrinin sahibləri və istifadəçiləri tərəfindən ödənilən sadələşdirilmiş vergi, idxal olunan avtomobillər üçün olan vergi rüsumları, Azərbaycan ərazisindən istifadə olunmaqla beynəlxalq daşınmalara verilən icazədən gələn dövlət vergisi, avtonəqliyyatın, həmçinin motonəqliyyat, qoşma və yarımqoşmaların aylıq texniki baxışından gələn dövlət vergisi.

Xəbər lenti

Xəbər lenti