...

Azərbaycan Dövlət Dəmiryol İdarəsi 2007-ci ildə Lokomotiv və vaqonların təmiri zavodunu yaradacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bu ilki plana müvafiq olaraq Azərbaycan Dövlət Dəmiryol İdarəsi mövcud Vaqon və lokomotiv deposunun bazasında Lokomotiv və vaqonların təmiri zavodu yaratmaq niyətindədir. Bu barədə məlumatı Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin müdiri Sədrəddin Məmmədov verib.

Dəmiryol layihələri çərçivəsində Kür çayı üzərindən ikinci körpünün (Poylu kəndi yaxınlığında) tikintisi, torpaq bəndlərinin və onun üzərindən keçən Gürgan-Pirallahı dəmir yolunun bərpası, Bakı-Böyük Kəsik stansiyaları arasında hərərkətin sürətli qatarlarlarla təmin olunması istiqamətində koreyalı mütəxəssislərlə birgə sınaq tədqiqatların aparılması və siqnalizasiya, rabitə xidmətlərinin yenidən qurulması məsələləri var.

Xəbər lenti

Xəbər lenti