...

2007-ci ildə Azərbaycan Dəmir Yolu altı elektrovoz əldə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2007 14:40 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Bu il Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) altı lokomotiv almaq niyyətindədir. Bu barədə ADDY-in rəhbəri Arif Əsgərov məlumat verib.

Ötən il dəmir yolu dövlət büdcəsindən ayrılmış 10 milyon dollar hesabına beş lokomotiv əldə edib. Şəxsi vəsait hesabına 4 elektrovoz əldə olunub. ADDY-in Rusiyanın Şimali-Qafqaz Dəmir Yolundan aldığı bir lokomativin dəyəri 220 min dollar məbləğindədir.

Yeni lokomotivlər dəmir yolu tərkibinin yeniləşdirilməsi üçün əldə olunur. ADDY nümayəndələrinin qeyd etdiyi kimi, hazırda tərkibin təxminən 80%-nin resursları tükənib.

Xəbər lenti

Xəbər lenti