...

2006-cı ildə Bakıda körpü və keçidlərin tikintisinə 112,4 milyon manat xərclənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2007 10:38 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/2006-cı ildə doqquz nəqliyyat qovşağı və piyada keçidlərinin tikintisinə 112,4 milyon manat xərclənib. Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin rəisi Sədrəddin Məmmədov məlumat verib.

Keçən il Nəqliyyat Nazirliyi iki nəqliyyat qovşağı və iki keçidin tikintisisni başa çatdırıb. Digərlərinin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub.

Həmçinin "Məşədi Əzizbəyov" metro stansiyasından "Heydər Əliyev" adına Beynəlaxlq Hava Limanına qədər 12,6 km uzunluqda olan yeni avtomobil yolunun və Bakı dairəvi yol - 1-in ( 21,5 km) tikintisinə başlanılıb. Hazırda Bakı dairəvi yolu-2-nin layihələndirilməsi aparılır.

Bu işlər Azərbaycan prezidentinin "2006-2007-ci illərdə Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" sərəncamı çərçivəsində həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti