...

2006-cı ildə "Atəşgah"ın Azərbaycanda sığorta ödənişləri bazarında payı 16% təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2007 11:59 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/"Atəşgah" sığorta şirkəti fevral ayında yaranmasının 10-cu ildönümünü qeyd edib. Şirkətin bu gün yaydığı məlumata əsasən, 2006-cı ildə sığorta ödənişlərinin ümumi həcmi 13,9 milyon manat təşkil edib. 2006-cı ilin yekunlarına əsasən, şirkətin Azərbaycan bazarında payı sığorta ödənişlərinə görə 16 faiz təşkil edib.

2006-cı ildə şirkət sığorta hallarına görə ödəmələrə 14,8 milyon manat ayırıb.

Bunlar arasında Azərbaycanın sğorta bazarı tarixində ən böyük ödəmə - 12,9 milyon manat - offşor kəşfiyyat quyusunun nəzarətdən çıxmasına görə Lukoil Overseas Operating Company Limited şirkətinə ödənilib. 2006-cı ildə şirkətin ödənişlərə görə bazarda payı 34 faiz təşkil edib.

"Atiəşgah"ın nizamnamə kapitalı hazırda 0,9 milyon manat təşkil edir, şirkətin tam aktivləri 4,5 milyon manata bərabərdir.

Xəbər lenti

Xəbər lenti