...

"Azərqarant" sığorta şirkəti dünya standartlarına keçmək üçün Almaniya şirkəti ilə əməkdaşlıq edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2007 13:38 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/"Azərqarant" sığorta şirkəti Azərbaycanda sığorta bazarında yeni mərhələlərə nail olmaq üçün Almaniyanın AXA Krankenversicherung AG şirkəti ilə əməkdaşlığa başlayır. Bu barədə bu gün "Azərqarant" şirkətinin marketinq üzrə departamentinin direktoru Valeh Abdullayev məlumat verib.

Onun sözlərinə görə, AXA Krankenversicherung "Azərqarant"a dünya sığorta standartlarına keçid üçün kömək edəcək.

1993-cü ildə yaradılmış "Azərqarant" sığorta şirkəti 13 sığorta növü xidmətini təklif edir, bunlardan da üçü məcburidir. Şirkətin Sumqayıt, Əli-Bayramlı, Gəncə, Quba, Zaqatalada filialları, Şəmkirdə isə nümayəndəliyi var.

Xəbər lenti

Xəbər lenti