...

"KAMAZ" Azərbaycanda 3 avtomobilini nümayiş etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Martın 14-17-də Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək AutoShow Azerbaijan 2007 4-cü beynəlxalq sərgisində "KAMAZ" ASC 3 avtomobilini nümayiş etdirəcək. "KAMAZ"ın çərşənbə axşamı yayılmış məlumatında göstərilib ki, sərgidə özüboşaldan KAMAZ-6520, betonqarışdıran CB-58146 şassi KAMAZ-53229 və avtomobil kranı KS-3577-3K şassi KAMAZ-43253 nümayiş olunacaq.

Bütün bu texnika Rusiya, MDB və Zaqafqaziya alıcıları tərəfindən uğurla istifadə olunur.

Son dövrlər Azərbaycanda intensiv tikinti işləri aparılır. Bu tikintilərdə KAMAZ markalı texnikalardan geniş istifadə olunur. Ümumiyyətlə, KAMAZ texnikasından şəhərlərdə, sənaye mərlkəzlərində və uzaq məsafələrə yüklərin daşınmasında çox istifadə olunur.

Xəbər lenti

Xəbər lenti