...

Almaniyada TRACECA üzrə ekspeditorların hazırlanması üzrə seminar keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 12:09 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/19-26 mart tarixində Almaniya və Hollandiyada TRACECA nəqliyyat dəhlizinin iştirakçı dövlətlərnin ekspeditor və operatorlarının hazırlanması üzrə seminar keçiriləcək. Bu barədə TRACECA-da Azərbaycandan olan milli katib Akif Mustafayev məlumat verib.

Bu layihə Niderlandın "NEA" şirkəti tərəfindən həyata keçirilir.

Ekspeditorların hazırlanması layihəsi 10 dövləti əhatə edir. Tükiyə, Bolqarıstan və Rumıniya bu layihədə iştirak etməyəcək, belə ki, onlar bu istiqamətdə kifayət qədər inkişaf etdirilmiş xidmətlərə malikdir.

Azərbaycan nümayəndə heyətinə TRACECA-nın milli katibi rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti