...

Ekspertlər bu ilin payızında Bakıda əmlakın qiymətinin artacağını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 12:35 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Bakıda əmlak bazarında qiymətlərin növbəti artımı sentyabr, oktyabr, noyabr aylarında müşahidə olunucaq. Bu barədə bu gün "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov məlumat verib.

"Qiymət artımı əhalinin mövsümü fəallığı ilə əlaqədar olacaq", - deyə o bildirib. 2006-cı ilin sentyabr, oktyabr, noyabr aylarında Bakıda əmlaka olan qiymətlər hər ay orta hesabla 5 faiz artıb.

"Ötən il və bu ilin əvvəlində qiymətlərin birdən qalxması ilə əlaqədar bazarın üç fəal ayında orta qiymət artımı təxminən 3 faiz təşkil edəcək", - deyə bildirib.

Xəbər lenti

Xəbər lenti