...

Birinci Brüssel vergi forumu martın sonunda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 13:02 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Avropa Komissiyasının bildirdiyinə görə, vergi məsələləri üzrə birinci Brüssel forumu 19-20 mart tarixində keçiriləcək. Bu barədə offshore.su saytı məlumat verib.

Vergi məsələləri üzrə Avropa İttifaqının komissarı Laslo Kovaks komissiyanın direktoru ilə birgə tədbirin təşkilatçısı olacaq. Forumun mövzusu birinci il üçün baxılmağa seçilmiş "Dayanıqlı iqtisadi inkişafa imkan verən vergi" mövzusu olacaq.

Konfrans vergi məsələləri üzrə ənənəvi illik forumla başlayacaq. Siyasi və bütün maraqları əhatə edən vergi sahəsində problemlərin müzakirəsi üçün foruma aparıcı siyasətçilər, ekspertlər, səhmdarlar və bütün dünyanın geniş kütləsi toplaşacaq.

Proqramın fəaliyyət göstərdiyi birinci il ərzində o, iqtisadi inkişafın sabitliyinə əhəmiyyətli kömək edə biləcək vergi sahəsinə, vergilərin köməyi ilə siyasi, əsasən də ətraf mühit və enerji resurslarının mühafizəsi kimi sahələrdə məqsədlərə çatmağa istiqamətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti