...

Gürcüstanın parlament komitəsi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini bəyənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 15:39 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Gürcüstanın sənaye iqtisadiyyatı və iqtisadi siyasət parlament komitəsi yeni Bakı-Tbilisi-Qars dəmir yolu ləyihəsini bəyənib. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbiri məlumat verib.

Komitə üzvləri həmçinin maliyyələşdirmənin şərt və prinsipləri, layihələndirmə, tikinti, reabilitasiya-yenidənqurma və Marabda-Türkiyə (resupblika sərhədinə qədər, Kartsaxi) dəmir yolu sahəsinin istismarı ilə bağlı müqavilələrin ratifikasiyası ilə bağlı razılığa gəlib.

Birinci müqavilənin məqsədi nəqliyyat əlaqələrinin effektliyinin yüksəldilməsi, müqavilə imzalayan tərəflərin dəmir yolu nəqliyyatının beynəlxalq bazara çıxmasına şərait yaratmaqdır. İkinci müqaviləyə əsasən, Azərbaycan yuxarıda adı çəkilmiş sahənin tikintisi, yenidən qurulması və reabilitasiyası üçün 200 milyon dollar kredit ayırır. Kreditin müddəti 1% illiklə 25 il təşkil edir.

Xəbər lenti

Xəbər lenti