...

Milli Bank fevral ayı ərzində Azərbaycanda baza inflyasiyasının göstəricilərini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəliloava/ Azərbaycan Milli Bankının məlumatlarına görə, 2007-ci ilin fevral ayında baza inflyasiyası yanvar ayı ilə müqayisədə 0,8%, ilin əvvəli ilə müqayisədə 2,6%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 10% artıb. AMB-dən verilən məlumata görə, bu hesablamalar birinci metoda əsasən aparılıb. Bu metodda inzibati yolla tənzimlənən (enerji daşıyıcılarının qiymətləri) və mövsümü xarakter daşıyan (meyvə və tərəvəz) qiymətlərdəki tərəddüdlər nəzərə alınmır.

İkinci hesablama metodunda isə orta tənzimləmə prinsipi istifadə olunur. Bu metoda əsasən aparılan hesablamada yanvarla müqayisədə fevral ayında baza inflyasiyası artımının 1 faiz təşkil etdiyi müəyyən olunub. Artım ilin əvvəli ilə müqayisdədə 3%, 2006-cı ilin müavafiq dövrü ilə müqayisədə isə 7,7% olub. Bu göstəricinin hesablanması zamanı AMB inzibati və mövsümü (meyvə-tərəvəz) üsulla müəyyən olunmuş qiymətləri məhsul və xidmətlər zənbilindən təqribən 16% silir.

Xəbər lenti

Xəbər lenti