...

Martın 20-nə qədər Bakıda "20 Yanvar" metro stansiyası yaxınlığındakı körpü və tunel istifadəyə veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 16:04 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Martın 20-nə qədər Azərbaycanın Nəqliyyat Nazirliyi "20 Yanvar" metro stansiyası yaxınlığındakı Tbilisi prospektində iki nəqliyyat qovşağını - körpü və tuneli istifadəyə vermək niyyətindədir. Bu barədə bu gün Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Hazırda Bakıda kəsişən yolların üstündən keçən 7 körpünün tikintisi davam etdirilir. Artıq ikisi istismara verilib. Həmçinin piyada keçidlərinin tikintisi nəzərdə tutulub. Bütün bu işlər Azərbaycan prezidentinin "2006-2007-ci illər üçün Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" sərəncamına əsasən, Bakı şəhərinin nəqliyyat infrastrukturu işinin yüngülləşdirilməsi çərçivəsində həyata keçirilir. Bütün işlərin iki il ərzində başa çatdırılması planlaşdırılır. Ümumi dəyər 300 milyon AZN məbləğində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti