...

Gəncədə "Belarus" markalı traktorların yığılmasına başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 18:53 (UTC +04:00)

Azərbaycan, Gəncə/ Trend müxbir V.Məmmədov/ Yaxın iki gündə Gəncə Avtomobil Zavodunda Belarus 80.1, Belarus 82.1, Belarus 1221 markalı traktorların sənaye yığımına başlanacaq. Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyevin sözlərinə görə, martın 7-də 60 traktor üçün hissələr Minskdən yola salınıb və ən geci 15-16 mart tarixlərində zavoda çatdırılacaq.

Müəssisədə yerli mütəxəssislərin iştirakı ilə montaj işləri həyata keçiriləcək. Minsk Traktor Zavodunun aparıcı mütəxəssislərinin sözlərinə görə, Gəncə zavodundakı avadanlıqlar traktorların yığımı üçün tam hazır vəziyyətdədir.

Xəbər lenti

Xəbər lenti