...

Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsinin üzvləri artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2007 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsinin üzvləri olan kredit təşkilatların ümumi sayı mart ayında 44-ə çatıb. Bu barədə məlumat cümə axşamı birja tərəfindıən yayılıb.

BBVB səhmdarları tərəfindən qəbul edilən qərara əsasən, bu ay valyuta bölməsinin yeni üzvləri sırasına "Bank Melli İran" bankının Bakı filialı və "Azərbaycan Kredit Banki" ASC qəbul olunub. Adı çəkilən banklara BBVB-nin valyuta bölməsində tam üzvlük statusu verildikdə əsas meyarlardan biri kimi onlar tərəfindən son altı ay ərzində Azərbaycan Milli Bankı normativlərinin pozulmaması nəzərə alınıb.

"Bank Melli İran" bankının Bakı filialı və "Azərbaycan Kredit Bankı" müvafiq üzvlük haqlarını ödədikdən, onların treyderləri isə müvafiq qaydada xüsusi treninq və attestasiya keçdikdən sonra birja valyuta bazarında "BEST" elektron sistemi vasitəsi ilə əməliyyatlara başlaya bilər.

Xəbər lenti

Xəbər lenti