...

Yanvar ayında Azərbaycana avtomobil ixracının göstəriciləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2007 15:41 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Yanvar ayı ərzində Azərbaycana 1 min 657 minik avtomobili idxal olunub, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 30,6 faiz azdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar ayı ərzində gətirilmiş minik avtomobillərinin ümumi dəyəri 11,37 milyon dollar təşkil edib, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 9,7 faiz azdır.

Yanvar ayında Azərbaycana 1 min 52 yük avtomobili idxal olunub, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142,4 faiz çoxdur. Avtomobillərin ümumi dəyəri 8,6 mln. dollar təşkil edir ki, bu da ötən ilin analoji göstəricisindən 218,1% çoxdur.

Xəbər lenti

Xəbər lenti