...

Azərbaycanda sement istehsalı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2007 13:02 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Yanvar-fevral aylarında Azərbaycanda qeyri-neft mineral maddələrin istehsal həcmi 18,5 faiz artıb. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib. Hazırda tikinti materiallarının 93,8 faizi özəl sektorun payına düşür.

Məhsul növləri İstehsal həcmi (yanvar-fevral 2007-ci il) Ötən illə müqayisədə(%-lə) 1 mart 2007-ci il üçün hazır məhsulun ehtiyatı
Sement, əhəng və gips istehsalı
Sement (min ton) 191,7 115,2 13
Tikinti gipsi (min ton) 2759,4 60,7 178,7
Tikinti əhəngdaşı(min ton) 34 13,1 4,6
Sementdən olan tikinti konstruksiyaları (min kubm) 5,5 2,8 1,7
Sement və ya betondan olan tikinti blokları(ton) 1360,6 2,9 693,4
Hazır beton qarışığı (min ton) 190,7 82,8 -
Asbest-sement lövhələr (şiferlər) (min kvadrat metr) 210,3 3,9 395,3
Tikinti kərpici (min kub. m) 56,6 193,8 15,5
Asfalt (min tonn) 22,4 3,9 -

2007-ci ildə bu sahənin işçilərinin sayı 5785 nəfər təşkil edib və bu, ötən ilin yanvar ayı ilə müqayisədə 8,9 faiz çoxdur. İşçilərin orta əmək haqqı 203,3 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti