...

Azərbaycan yanvar-fevral aylarında sənaye istehsalı həcmini əhəmiyyətli dərəcədə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2007 14:45 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " İ.Xəlilova/Azərbaycanda yanvar-fevral aylarında sənaye istehsal həcmi 2943,8 mln. manat təşkil edib, bu da 2006-cı ilin uyğun dövrü ilə müqayisədə 40,1 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə çıxarma sənayesində sürətli artım - 2127,2 mln. manata qədər qeydə alınıb: emal sənayesində (592,9 mln. manat) - 20,1 faiz, elektrik enerjisi, qaz və su sahələrində 7,6 faiz (223,7 mln. manat).

Çıxarma sənayesində istehsal həcmi 52,8 faiz artıb, emal sənayesində 2,1 faizə qədər, elektrik enerjisi, qaz və su sahələrində 0,5 faiz azalma müşahidə olunub.

Emal sənayesində istehsal həcminin artım templərinin sürətlənməsi neft sahəsində istehsalın artması ilə əlaqədardır. Bu sahədə 2006-cı ilin yanvar-fevral ayları ilə müqayisədə 50,1 faiz çox olaraq ölkənin ümumi sənaye istehsalının 79,9 faizini təşkil edib.

Qeyri-neft sahəsində sənaye məhsullarının istehsalı 3 faiz artıb. Rezin və plastik kütlənin istehsalında üç dəfə artım, maşın və avadanlıqlar - 2,4 dəfə, nəqliyyat vasitələri və cihazlar - 50,3 faiz, lif və parça sənayesi - 33,2 faiz, ağac məmulatları və ağac emalı - 35 faiz, ərzaq məhsullarının istehsalında 8,3 faiz artım müşahidə olunub.

Qeyri-dövlət sektorunun yanvar-fevral aylarında ümumi sənaye istehsalında payı 78,7 faiz (2317,9 mln. manat) təşkil edib. Qeyri-dövlət sahəsində artım 68,2 faiz səviyyəsində olub. Dövlət sənaye sahəsində 13,4 faiz aşağı düşüb. Dövlət sektorunda azalma keçən ilin analoji dövrü ilə müqayisədə kimyəvi məhsulların və elektrik enerjisinin istehsal həcminin azaldılmasıdır.

Xəbər lenti

Xəbər lenti