...

BMK Azərbayacanda lizinq sahəsinin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2007 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbayacanda lizinq sahəsinin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə məlumatı Maliyyə Korporasiyasının Azərbaycandakı təmsilçisi Aliyə Əzimova verib.

Hazırda Azərbaycanda lizinq sektorunun texniki inkişafına yardım layihəsi başa çatır, amma bir neçə lizinq şirkəti - Uni Leasing, AG Leasing və Bank of Baku tərəfindən yönəldilmiş texniki yardım Proqramı qalır.

Bu proqaram çərçivəsində BMK-da Azərbaycan və Mərkəzi Asiya ölkələrində xırda və orta sahibkarlığın lizinq şirkətləri və bankları vasitəsilə maliyyələşdirilməsi üçün 30 mln. dollar maliyyə ehtiyatı olan fond yaradılıb.

MBK təmsilçisinin sözlərinə görə, hazırda lizinq sektorunun dəstəklənməsi məsələsinə baxılır və demək olar ki, texniki yox, əsasən maliyyə dəstəyi müzakirə olunur.

Hələ ki, yalnız Uni Leasing-in səhm paketində beynəlxalq maliyyə təşkilatı -AYİB iştirak edir. Bu günlərdə AYİB və Uni Leasing arasında səhmlərin 33%-nin alınması bardədə saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti