...

Azərbaycan Gürcüstan dəmir yolçularının görüşündə iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2007 16:48 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Apreldə Gürcüstanda MDB dövlətləri dəmir yolu administrasiyaları rəhbərlərinin görüşü keçiriləcək. Bu barədə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsindən məlumat verilib.

Görüşdə respublikanın dəmir yolu nümayəndə heyətinin iştirakı da gözlənilir.

Görüşdə əməkdaşlıq perspektivləri müzakirə ediləcək, həmçinin dəmir yolu administrasiyalarının apardığı işlərə yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti