...

İpoteka kreditlərinin sadələşdirilməsi Bakıda daşınmaz əmlakın qiymətinin artmasına gətirib çıxarıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2007 17:10 (UTC +04:00)
İpoteka kreditlərinin sadələşdirilməsi Bakıda daşınmaz əmlakın qiymətinin artmasına gətirib çıxarıb

Azərbaycan, Bakı /müxbir. Trend / U.İsmaylova / İpoteka kreditləri şərtlərinin sadələşdirilməsi Bakıda daşınmaz əmlak bazarına təsir edib. Çərşənbə axşamı Caspian Property Services qiymətləndirmə şirkətindən verilən məlumata görə, tələbatın artması və şərtlərin sadələşdirilməsi səbəbindən mart ayında bazarda müşahidə edilən qıtlıq qiymətlərin sıçrayışına gətirib çıxarıb.

"İlin əvvəlindən qiymətlər tikilinin yerindən asılı olaraq orta hesabla 5-dən 15 faizədək dəyişib" - Caspian Property Services -dən bildiriblər.

Bakının mərkəzində qiymətlər mart ayında kvadrat metrə görə orta hesabla 750 dollardan 1100 dollaradək təşkil edib, şəhər ətrafında isə kvadrat metrə görə 500-620 dollar olub, bu isə fevrala nisbətən təxminən 5 faiz çoxdur.

Şirkətdən verilən məlumata görə, 15 il ərzində, Bakıda yeni tikililərin inşasına başlanması müddətində cəmi 20 yeni tikili satılıb və istismardadır, bu isə bazara daxil olan tələbləri ödəmir, səbəb isə şəhərdə urbanizasiyanın artməsıdır. Martın 27-dək olan məlumata görə, Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən 17 mln 700 min manat məbləğində 552 kredit verilib.

Xəbər lenti

Xəbər lenti