...

UniBank-ın istiqrazlarının yerləşdirilmə tarixi elan ounub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2007 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend münxbir İ.Xalilova / "UniBank" KB martın 30-dan etibarən faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının yerləşdirilməsinə başlayır. Bu barədə məlumat Bakı Fond Birjasından bildirilib.

Emissiyanın həcmi 2 250 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə gəlirlilik 13,50%, tədavül müddəti isə 180 gün təşkil edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində isə "UniBank" ASC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti