...

Azərbaycan Mikromaliyyələşdirmə Bankı filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2007 14:53 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova /Azərbaycan Mikromaliyyələşdirmə Bankının (AMMB) daha bir filialının açılışı üçün lisenziya alınıb. Bu barədə bankın bu gün yaydığı məlumatda bildirilib. Yeni filial Bakının mərkəzində, Bül-Bül prospekti 33 ünvanında yerləşir.

Yeni filial açıldıqdan sonra AMMB-nin Bakıdakı filiallarının sayı səkkizə ("Mərkəzi", "20 yanvar", "Xalqlar Dostluğu", "Aeroport", "Elmlər Akademiyası", "Azadlıq", "Səbayıl" və "Bül-Bül") çatıb, daha beş filial isə Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Xaçmaz regionlarında yerləşir.  

"Yaxşı təşkil olunmuş filial şəbəkəsinin yaradılması bütün Azərbaycan xalqının maliyyə xidmətlərindən istifadəsinin təmin olunması üzrə strateji vəzifələrimizdəndir. Açılan hər yeni filialla biz xalqa daha da yaxınlaşırıq. Bundan əlavə, müştərilərin hər bir filialda Avropa standartlarına uyğun xidmətlərdən istifadə etmə imkanları var. Yeni filial Bakı şəhərinin mərkəzində yerləşir və riteyl filial kimi fəaliyyət göstərəcək. Belə ki, bu filialda müştərilərə bütün əməliyyat xidmətləri təqdim olunacaq: həm ölkədaxili, həm də beynəlxalq sürətli pul köçürmə xidmətləri, cari hesablar, VISA plastik kartları, depozitlər və s. Yeri gəlmişkən, Səbayıl və Bül-bül filiallarında müştərilər bizim bankın xidmətlərindən şənbə günləri də yararlana bilərlər", deyə İdarə Heyətinin sədri Andryu Pospilovski bildirib.

Azərbaycan Mikromaliyyələşdirmə Bankı 100% xarici kapitala və 5 səhmdara malikdir: Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qaradəniz Ticarət və İnkişaf Bankı, Almaniya Dövlətinin İnkişaf Agentliyi KfW və LFS Financial Systems GmbH alman məsləhət şirkəti.

Xəbər lenti

Xəbər lenti