...

Fermerlərə maliyyə yardımının verilməsinə hazırlıq üçün Kənd Təsərrüfatı Nazirliyində xüsusi komissiya yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2007 15:04 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova /Kənd təsərrüfatı sahəsində fermerlər tərəfindən əldə olunan yanacaq və mineral gübrələrin dəyərinin 50%-nin kompensasiyası məqsədilə maliyyə yardımının verilməsinə 2007-ci ilin iyul ayının sonunda başlanacaq. Bu barədə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev məlumat verib. Onun sözlərinə görə, ayrılmalar üçün dövlət büdcəsindən 80 mln. manat ayrılıb. Fermerlər maşın və mexanizmlər, makroelementlər (azot, fosfor, kalium) əldə edə bilər. Bu istiqamətdə tədbirləri həyata keçirmək üçün nazirin göstərişi ilə kənd təsərrüfatı nazirliyində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin rəhbərlik etdiyi xüsusi komissiya yaradılıb.

"Komissiya daimi əsasla yerlərdə Nazirlər Kabinetinin qaydalarına uyğun tədbirlər həyata keçirir. Fermerlərə maliyyə yardımları Kapitalbank dövlət bankı vasitəsilə plastik kartlarla veriləcək", deyə B.Əliyev bildirib.

Bununla əlaqədr bank həmçinin respublika üzrə bankomatların və POS -terminalların sayını artırır. Bunlar vasitəsilə fermerlər kompensasiyaları əldə edəcək.

Hazırda respublika üzrə Kapitalbankın 192 işlək bankomatı quraqşdırılıb, bunlardan 119-u və 370 POS-terminal ölkənin regionlarındadır.

İnfrastrukturun regionlarda qərar tutması banka digər banklarla müqayisədə rəqabətə davamlılıqda üstünlük verir. Bankın planlarına 2007-ci ildə əlavə 80 bankomat və 1000 POS-terminalların əldə olunması daxildir.

Maliyyə yardımlarının verilməsinə ölkə üzrə fermerlərin sayının dəqiqləşdirilməsi və onlar üçün kartların əldə olunmasından sonra başlanacaq.

İlkin hesablamalara görə, onların sayı 800 000-dir. Lakin hamı üçün kartların sifariş edilməsi nəzərdə tutulmayıb. Təqaüdçü fermerlər təqaüd kartları, qaçqın və məcburi köçkünlər isə çörək pulu almaq üçün onlarda olan Kapitalbank kartlarından istifadə edə bilər.

Bankın xərclərini bir az azaltmaq üçün yanacaqdoldurma məntəqələrində POS-terminalların quraşdırılması planlaşdırılır. Bu fermerlərə yanacağı nağd pul istifadə etmədən əldə etməyə imkan verəcək və bununla da bankın nağd pulun çatdırılması ilə bağlı xərcləri azalacaq.

Xəbər lenti

Xəbər lenti