...

Avstraliyanın "Qantas avia" şirkəti "Airbus" ailəsinə məxsus doqquz A320 təyyarəsi alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2007 15:20 (UTC +04:00)

Avstarilayanın Qantas Airways avia şirkəti Airbus ailəsinə məxsus doqquz A320 təyyarəsi almaq niyyəti barədə bildirib. RBK -nin yaydığı məlumata görə, bu barədə şirkətin dərc olunmuş press-relizində göstərilib.

Qantas yeni təyyarələri öz büdcə bölməsi olan Jetstar üçün daxili və yaxınməsafəli beynəlxalq uçuşlarda istismara vermək niyyətindədir. Şirkətin icraçı direktoru Ceoff Diksonun sözlərinə görə, təyyarələr 15 ay müddətində hazır olmalıdır. Birinci hissənin hazırlanması isə 2007-ci ilin sonuna gözlənilir. Bu sazişin dəyəri isə açıqlanmayıb.

Daha öncə satılması planlaşdırılan Qantas-a məxsus 4 ədəd Boeing 767-300 təyyarəsi isə Avstraliyada yerli sərnişindaşımada iştirak etmək istəyən Tiger Airways-lə rəqbət aparmaq üçün istifadə olunacaq. C.Dikson Jetstar və Qantas-ın əlavə resursları hesabına Qantas Group-un daxili bazarda 65 faizlik payını qoruyub saxlaya biləcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti