...

Azərbaycanın Nəqliyyat Nazirliyi artıq DB və AYİB-dən dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı ilkin təkliflər alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2007 16:07 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova /Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Dünya Bankı Azərbaycanın dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün hər biri 500 milyon dollar vəsait ayırmağa hazır olduğunu bildirib. Bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Onun sözlərinə görə, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) hazırda qiymətləndirmə aparır və onun AYİB və DB-dən daha çox maliyyə təqdim edəcəyi istisna edilmir.

Maliyyə mənbələri ilə ölkənin Nəqliyyat Nazirliyi Azərbaycanın dəmir yolu infrastrukturunun inkişafı ilə bağlı Dövlət Proqramının təsdiqindən sonra müəyyənləşəcək. Bununla yanaşı artıq razılıq əldə olunub və ilk mərhələdə Avropa Bankı Biləcəri və Böyük Şor depolarında xidmət bazalarının yaradılması üçün 30 milyon dollar ayırmağı, həmçinin Azərbaycan Dəmir Yolu (ADY) üçün ehtiyat hissələrinin alınmasını planlaşdırır.

DB ilə Azərbaycan hökuməti arasında strategiyaya əsasən (2007-10-cu illər) dəmir yolu vasitəsilə tranzit və ticarətə kömək layihəsinə 80 milyon dolların ayrılması planlaşdırılır, lakin bank kredit məbləğinin artırılması imkanını istisna etmir. Belə ki, AYİB-in imkanları məhdud deyil.

Xəbər lenti

Xəbər lenti