...

Azərbaycan Nəqliyyat Nazirliyi dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi üzrə layihə hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2007 16:40 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova /Azərbaycan Nəqliyyat Nazirliyi Nazirlər Kabinetinə ölkənin dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı Dövlət Proqramını təqdim edib. Bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib. Proqram 2007-10-cu illər üçün nəzərdə tutulub və dörd il üçün proqrama daxil edilmiş layihələrin ilkin dəyəri 1 mlrd. manatdan çox qiymətləndirilir.

M.Pənahovun sözlərinə görə, proqamın təsdiqindən sonra dəmir yolu şəbəkəsinin bərpa olunması üçün maliyyə mənbələri müəyyən olunacaq.

"Proqramda dəmir yolu infrastrukturunun müasirləşdirilməsi tədbirləri, dəmir yolu nəqliyyat vasitələrinin dəyişdirilməsi nəzərdə tutulub. Bu, olduqca lazımlı proqoramdır, belə ki, sovet dövründən bəri köhnəlmiş dəmir yolunun əsas fondunu yeniləşdirmək lazımdır", deyə nazir müavini bildirib.

Lokomativ vaqon parkı üzrə köhnəlmə artıq 65 faizi keçir, digər əsas fondlar üzrə 60-70 faiz səviyyəsindədir. Bununla əlaqədar Nəqliyyat Nazirliyi dəmir yolu imkanlarını və daşınmaların efektliyini artırmaq üçün əsas fondların dəyişdirilməsini lazımi hesab edir.

Nazirlik layihələrin hazırlığını aparır. Koreyalılar artıq Gürcüstan sərhədinə qədər sürət qatarının yaradılması layihəsi çərçivəsində məsləhətlər hazırlayıb.

Hazırda Bakı-Böyük Kəsik-Gürcüstan sərhədi dəmir yolu 30 km/saat sürətlə işləyir və yalnız bəzi sahələrdə 160 km/saat təşkil edir. Azərbaycan nəqliyyatçıları ilkin mərhələdə onun sürətinin 80 km/saata və daha sonra 150 km/saata çatdırmağı təklif edir. Paralel olaraq ikiqat xərclərdən qaçmaq üçün tədbirlərin görülməsi, gələcəkdə sürəti inkişaf etdirməyə imkan verəcək torpaqda aşağı infrastrukturun tikintisi də nəzərdə tutulub.

Koreyalılarla yanaşı bu istiqamətdə tədqiqatlar Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) - Itochu Corporation məsləhətçisi ilə də aparılır. Bank texniki-iqtisadi əsaslandırmanı hazırlayır. Sürət qatarının yaradılması Bakı-Böyük Kəsik-Gürcüstan sərhədi dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində nəzərdə tutulub. Azərbaycan dəmir yolunun bir çox sahələrinin təkmilləşdirilməyə ehtiyacı var. Buna görə də maliyyələşdirməyə müxtəlif mənbələrdən vəsaitlər cəlb oluna bilər. Sürətin inkişaf etdirilməsi şimal, cənub istiqamətləri, şəhər ətrafı istiqamətlər və Sumqayıt istiqamətində lazımdır.

Xəbər lenti

Xəbər lenti