...

Naxçıvan MR-də ÜDM əhəmiyyətli dərəcədə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2007 14:03 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Babayeva/Yanvar-fevralda Naxçıvan Muxtar Respublikasında (NMR) 2006-ci ıilin uyğun göstəricisi ilə müqayisədə ÜDM 40 artaraq ümumi məbləği 54443,7 min manata çatıb. Bu barədə NMR-in Bakıdakı daimi nümayəndəliyindən şənbə günü məlumat verilib.

Bu dövr ərzində ÜDM strukturunda 37,4 faiz və ya 20548,3 manat məhsul istehsalının payına düşüb. Göstərilmiş xidmətlərə görə 3,5 mln. manat formalaşıb (56,2 faiz), 6,1 faiz və ya 3336,2 min manat məhsul və idxala görə təmiz verginin payına düşüb.

Sənaye sahəsində dəyəri 22 faiz (11992 min manat) təşkil edən əlavə dəyər formalaşıb. Kənd təsərrüfatında-6,6 faiz (3613,7 min manat), tikintidə -9,1 faiz (4942,6 min manat), nəqliyyatda - 6,2 faiz (3374,8 min manat), rabitə sahəsində - 3 faiz (1636,6 min manat), pərakəndə və topdan satışda, avtomobillərin, müxtəlif məişət əşyalarının təmiri - 22,6 faiz (12303,4 min manat), restoran və mehmanxanalarda xidmət sahəsində - 0,6 faiz (296,5 min manat) və digər xidmətlər - 23,8 faiz (13 mln. manat) təşkil edib.

Xəbər lenti

Xəbər lenti