...

Azərbaycanın Hesablama Palatası Dövlət Pedaqoji Universitetində yoxlama aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2007 14:33 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva /Azərbaycan Hesablama Palatası (AHP) Dövlət Pedaqoji Universitetində audit aparır. Bu barədə AHP-dən məlumat verilib.

Auditin məqsədi büdcə və qeyri-büdcə mənbələrindən daxil olan vəsaitlərin istifadəsini, tam maliyyələşdirilməsi və proqnozdaşdırılmasının qanunauyğunluğunu müəyyən etməkdir.

Yoxlamalar 1 iyun 2004-cü ildən 1 yanvar 2007-ci ilə qədər olan dövrü əhatə edir və aprelin 27-dək davam edəcək.

Palata həmçinin Agrolizing ASC və Rabitə və İnformasiya texnologiyaları nazirliyində yoxlama aparır. Bu dövlət müəssisələrinin auditini aprelin sonunda başa çatdırmaq planlaşdırılır.

Hesablama Palatası Azərbaycan parlamenti tərəfindən yaradılıb və 7 dekabr 2001-ci tarixindən fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti