...

Bakıda qeyri-yaşayış obyektlərinin icarə qiymətlərinin aşağı düşməsi müşahidə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2007 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir U.İsmayılova / 2007-ci ilin fevralında Bakının daşınmaz əmlak bazaında qeyri-yaşayış obyektlərinin icarə qiymətləri azalıb. "Daşınmaz əmlak bazarının iştirakçıları" İctimai Birliyindən verilən məlumata görə, ay ərzində şəhərin bütün ərazilərində daşınmaz əmlakın gəlir dərəcələri 5 faiz, icarəyə görə qiymətlər isə 6,8 faiz azalıb.

2007-ci ilin yanvarı ilə müqayisədə qeyri-yaşayış obyektləri bazarında təkliflər paketi orta hesabla 4,5 faiz azalıb, şəhərin ikinci zonasında isə 1,3 faiz artıb.

Fevral ayında qeyri-yaşayış obyektlərinin hər kvadrat metrinə görə qiymət 2112 dollar təşkil edib (yanvarda bu qiymət 1 kvadrat metrə görə 2168 dollar təşkil edib).

Xəbər lenti

Xəbər lenti