...

Bakı Metropoliteni texniki audit aparılması üçün tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2007 15:42 (UTC +04:00)

Azərbacyan,Bakı/müxbir Trend S.Əliyev /Bakı Metropoliteni əsas vasitələr, avadanlıq və qurğuların texniki vəziyyətinin auditinin aparılması ilə bağlı tender elan edib. Bu işlər ölkənin Nazirlər Kabineti tərəfindən ayrılmış qrant vəsaiti hesabına həyata keçiriləcək. Bu barədə metropolitendən məlumat verilib.

Tenderdə iştirakın texniki şərtləri iştirakçının (metro mütəxəssisləri) peşəkarlığı və analoji layihələrdə iştirakıdır. Üstünlük aşağı qiymət, yüksək keyfiyyət, müddət ərzində layihənin yerinə yetirilməsi, təcrübə və namizədin maliyyə vəziyyətini təqdim edən iştirakçılara veriləcək.

Mayın 3-nə qədər iştirakçılar ərizə və digər sənədlər təqdim etməlidir. Tender təkliflərinin qəbulu mayın 14-dən həyata keçiriləcək. Tender paketlərinin açılışı mayın 15-də baş tutacaq.

Xəbər lenti

Xəbər lenti