...

Fevralda Bakıda torpaq sahələrinin qiyməti artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2007 11:56 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Fevralda Bakıda ən bahalı torpaq sahəsi Nəsimi rayonunda (sotuna 310 000 dollar), ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda (sotuna 200 dollar) satılıb. Bu barədə çərşənbə axşamı günü "Daşınmaz Əmlak Bazarı İştirakçıları" ictimai birliyindən məlumat verilib.

Təşkilatın müşahidələrinə əsasən, fevralda Bakıda AZERİ-REI indeksinə uyğun torpaq sahələrinin qiyməti beş bənd və ya 1,4 faiz artaraq sotuna 20 654 dollar təşkil edib.

Ay ərzində topaq sahələrinə ən böyük tələbat mərkəzə nisbətən şəhər ətrafında müşahidə olunub. Bu, qiymət fərqi ilə əlaqədardır. Şəhərin birinci və ikinci zonalarında arım üçüncü və dördüncü zonalara nisbətən az müşahidə olunub. Şəhərin mərkəzi rayonlarında topaq sahələrinə qiymətlərdə sabitlik müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti