...

Qazaxıstan Bakı-Tiflis-Qars layihəsinə qoşulmaq arzusundadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2007 20:53 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Qazaxıstan Qars-Tiflis-Bakı dəmir yolu layihəsinin həyata keçirilməsinə qoşulmağa maraq göstərib. Qazaxıstanın baş naziri Kərim Məsimov çərşənbə günü Bakıda bildirib ki, Qazaxıstanın Nəqliyyat Nazirliyinə artıq bu layihə üzrə müqaviləyə qoşulmaq məsələsi üzərində işləmək tapşırığı verilib.

"Bu iş dövlət başçılarının görüşünə qədər tamamlanacaq", deyə o, bildirib.

Azərbaycanın Nəqliyyat Nazirliyi Qars-Tiflis-Bakı layihəsinin hazırki mərhələsində digər dövlətlərin qoşulmasını dəstəkləmir. Bu barədə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

"Bu gün biz onu inşa edəcəyik, amma əgər hər hansı bir dövlət Qazaxıstanı bu layihəyə qoşsa, bu bizə problem yaratmayacaq. İstənilən halda bu marşrut üzrə yüklənmə olacaq", deyə M.Pənahov bildirib.

7 fevral 2007-ci il tarixində Gürcüstan, Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri Tiflisdə Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin başlanması haqqında müqavilə imzalayıb. Layihəyə 98 km-lik Qars-Axalkələk dəmir yolu qolunun tikintisi daxildir. Bu yolun 68 km-i Türkiyə, 30 km-i isə Gürcüstanın ərazisinə düşür. Axalkələk-Tiflis sahəsində həmçinin müəyyən yenidənqurma işlərinin aparılması lazımdır. Layihənin orta dəyəri 400 milyon dollar həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti