...

Ural optik-mexaniki zavodu Azərbaycan bazarında iştirakını genişləndirmək arzusundadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2007 17:34 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/ "Ural optik-mexaniki zavodu" İB Bakıda fəaliyyətinin təqlimatını keçirib. Bu barədə cümə günü Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin rəhbəri Yuri Şedrin məlumat verib. Nümayəndə heyətinə müəssisənin baş direktoru Sergey Maksin rəhbərlik edib.

Onun səfəri çərçivəsində müdafiə sənayesi, fövqəladə hallar, səhiyyə nazirlikləri, "AzAL" dövlət konserni, ADDY-də ciddi danışıqlar aparılıb. Onlar üçün həmçinin Ural zavodunda istehsal olunan məhsulların geniş spektri təqdim olunub.

Y.Şedrinin sözlərinə görə, zavodda istehsal olunan yeni doğulmuş uşaqlar üçün tibbi avadanlıqlar artıq Azərbaycanda istifadə olunur. Zavod həmçinin işıq, siqnalizasiya, təhlükəsizlik sistemləri, geodeziya avadanlıqları, boru kəmərləri, rezervuarların texniki vəziyyətinin təftişi üçün avadanlıq təklif edir.

"Azərbaycanda məhsullara maraq göstərilib və müqavilələr imzalamaq niyyəti var", deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti