...

Kurqan vilayəti qubernatorunun Azərbaycana səfər tarixi müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Aprelin 12-14-də Rusiya Federasiyası Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun rəlhbərlik edəcəyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin rəhbəri Yuri Şedrinin billdirdiyinə görə, səfərin əsas məqsədi Azərbaycanla Kurqan vilayəti arasında ticari-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrini əhatə edən sazişlərin imzalanmasıdır.

Səfər çərçivəsində Kurqan villayətinin və Azərbaycanın sahibkarları, iş adamları arasında əlaqələrin qurulması üçün burda iqtisadi təqdimat keçiriləcək.

Y,Şedrinin sözlərinə görə, Kurqan vilayəti üçün Azərbaycandan meyvə-tərəvəz məhsullarınn tədarük olunması və turizmin inkişafı məsələləri maraqlıdır. Maşınqayırma sənayesində istehsal olunan məhsullar körpü tikintisi sahəsində Azərbaycan üçün çox maraqlı ola bilər.

Bununla yanaşı, humanitar sahədə (təhsil, tibb, elm, mədəniyyət günlərinin keçirilməsi, kitabxana qurumlarının əməkdaşlığı) əlaqələrin möhkəmləndirilməsi məsələlərinə də baxılacaq.

Ticarət nümayəndəsi hesab edir ki, əməkdaşlığın əsas istiqamətləri danışıqların gedişində müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti