...

Gəncə-Dubay, Gəncə-Sankt-Peterburq aviareysləri açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2007 18:12 (UTC +04:00)

Azərbaycan, Gəncə/ Trend müxbir E.Hüseynli/ Bu il ərzində Gəncə-Dubay, Gəncə-Sankt-Peterburq aviareysləri açılacaq. Bu barədə cümə günü Gəncə Beynəlxalq Hava Limanının direktoru Bəylər Nəcəfov açıqlama verib.

Onun sözlərinə görə, Hava Limanı sutka ərzində 350 sərnişin, hər saatdan bir ağır tonajlı yük təyyarələri qəbul edə bilər.

Nəcəfov qeyd edib ki, hazırda Gəncə-Bakı, Gəncə-İstanbul, Gəncə-Moskva reysləri fəaliyyət göstərir: "Ehtiyac olarsa, Gəncə Beynəlxalq Hava Limanı bütün sutka boyu təyyarə qəbul edə bilər" - deyə direktor bildirib.

Xəbər lenti

Xəbər lenti