...

Azərbaycanda aviabiletlərin qiymətinin artırılması məsələsinə baxılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2007 18:28 (UTC +04:00)

Azərbaycan, Gəncə/ Trend müxbir E.Hüseynli/ Azərbaycanda aviabiletlərin qiymətinin artırılması məsələsinə baxılır. Bu barədə cümə günü Azərbaycan Hava Yolları Dövlət Konserni baş direktorunun müavini Etibar Hüseynov məlumat verib.

Onun sözlərinə görə, ölkədə enerjidaşıyıcılarının qiymətinin artması aviabiletlərin də qiymətinə cüzi təsir göstərir. Hüseynov həmçinin bildirib ki, bu ilin sonunda Lənkəran, Zaqatala hava limanlarında tikinti işləri başa çatacaq. Lənkəran Hava Limanına Beynəlxalq status veriləcək. Zaqatala hava limanının isə hələlik beynəlxalq status alması nəzərdə tutulmur: "Çünki bu hava limanının uçuş-enmə zolağı cəmi 2400 metr təşkil edir. Bu isə aşağı ölçüdür və beynəlxalq standartlara uyğun gəlmir. Zaqatala aeroportu orta tipli təyyarələri qəbul etmək iqtidarında deyil. Ora yalnız kiçik təyyarələr enə bilər"-deyə Hüseynov bildirib.

Xəbər lenti

Xəbər lenti