...

Azərbaycanın kiçik şəhərlərinin su və kanalizasiya təchizatı layihəsi üzrə KFW missiyası Bakıya səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2007 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Aprelin 15-də etibarən Gəncə və Şəki şəhərlərində su və kanalizasiya təchizatı sisteminin bərpası layihəsi çərçivəsində alman inkişaf bankı KFW missiyasının Bakıya səfəri başlayır. Bu barədə cümə günü KFW-nin Bakı ofisinin rəhbəri Natiq Abdullayev bildirib. Missiyanın tərkibinə kommunal inkişaf sektorunun rəhbəri Feliks Klauda, layihə meneceri Ursulla Hayster və texniki ekspert cənab Foqst daxildir.

N.Abdullayev bildirib ki, səfər tanışlıq xarakteri daşısa da, "Azərsu" SC-də keçiriləcək görüşlər zamanı layihə üzrə məsləhətçinin seçilməsi üçün danışıqlar aparılacaq.

Hazırda "Azərsu"ya layihənin həyata keçirilməsi üçün kömək edəcək konsaltinq şirkətinin seçilməsi üçün ixtisaslaşdırılmış tender keçirilir.

Layihə Gəncə və Şəki şəhərlərində su və kanalizasiaya təchizatının yaxşılaşdırılması və etibarlı qurulmasını nəzərdə tutur və büdcəsi 55 mln. avrodur. Layihə üçün 37 mln. avronu KFW kredit, 10 mln. avronu iqtisadi məsələlər üzrə İsveçrə Dövlət Katibliyi qrant formasında, 8 mln. avronu isə Azərbaycan hökuməti ayıracaq.

Missiyanın səfəri aprelin 20-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti