...

Azərbaycan Türkiyədə avrobondların təqdimatını keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2007 21:03 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Türkiyədə ikinci buraxılışı 2007-ci ildə gözlənilən avroistiqrazların təqdimatını keçirib. Təqdimat Azərbaycanın maliyyə naziri Samir Şərifovun səfəri çərçivəsində həyata keçirilib. Bu barədə cümə günü hökumətdən xəbər veriblər.

Azərbaycanın maliyyə nazirliyi Fitch Raytings-dən yeni reytinq aldıqdan sonra müstəqil avrobondların buraxılışını fəallaşdırıb. Agentlik ölkəmizə BB+ reytinqi verib ki, bu da investisiya reytinqindən bir pillə aşağıdır. Ölkə həmçinin Moody's Investor Services-dən Ba1 reytinqini də alıb.

Nazirlik avrobondların buraxılışına yardım edəcək şirkətlə əlaqələr qurmaq niyyətindədir. Bu istiqamətdə Azərbaycana yardımını Fitch Raytings, Standard

2007-ci il Dövlət Büdcəsi haqqında prezident sərəncamında avrobond emissiyasının həyata keçirilməsi üçün 249 mln. manat vəsait nəzərdə tutulub. Ilkin şərtlərə görə, avroistiqrazlar 5 faizə qədər və 5 il müddətinə buraxılacaq.

Azərbaycanla əməkdaşlıq edən banklar avrobondların buraxılışını 3 mərhələdə həyata keçirməyi təklif edirlər. Birinci mərhələdə yerləşdirmənin özünün öyrənilməsi, ikinci mərhələdə dünya bazarındakı şərtlərin öyrənilməsi, üçüncü mərhələdə isə istiqrazlarla işləmək üçün kadrların hazırlanması nəzərdə tutulur.

Samir Şərifovun Türkiyəyə səfərinin əsas məqsədi aprelin 3-4-də hər il Ankarada Bilkent universiteti tərəfindən təşkil olunan "İqtisadi idarəetmə üzrə cari məsələlər" mövzusundakı konfransında iştirak etmək idi.

5-7 apreldə isə Ankarada İqtisadi ƏməkdaşlıqTəşkilatına üzv nazirlərin görüşü olacaq.

Xəbər lenti

Xəbər lenti