Azərbaycan, Bakı/ Trend / Türkiyənin Antalya şəhərində 10 üzv ölkənin nümayəndə heyətlərinin iştirakı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının maliyyə və iqtisadiyyat nazirlərinin 2-ci toplantısı keçirilib. Toplantıda Azərbaycanı maliyyə naziri Samir Şərifov təmsil edib. Bu barədə xəbər Maliyyə Nazirliyinin məlumatında göstərilib.
Türkiyənin maliyyə naziri Kamal Unakitanın rəhbrliyi ilə keçirilən toplantıda Azərbaycanın maliyyə naziri Samir Şərifov çıxış edərək həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq əldə edilmiş nailiyyətlər və hayata keçirilən beynəlxalq layihələr barədə iştirakçılara məlumat verib. O, həmçinin regiondaxili maliyyə-iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Toplantının yekununda çöxtərəfli iqtisadi əlaqələrin inkişaf yollarını əks etdirən "Antalya Bəyannaməsi" qəbul edilib.
İqtisadi Əməkdaşlıq Təşkilatı 1967-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən yaradılıb. 1992-ci ildə bu təşkilata Azərbaycan da daxil olmaqla adaha 7 ölkə qoşulub.