...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2007 17:08 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi kursu 0,0007 bənd möhkəmlənib (0,07 faiz). Orta kurs 1 ABŞ dollarına 0,86654 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum kursu aprelin 2-də (1 ABŞ dolları üçün 0,8669 manat), minimum isə aprelin 6-da (1 ABŞ dollarına 0,8662 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi kursu
26 mart 0,8676 2 aprel 0,8669
27 mart 0,8675 3 aprel 0,8667
28 mart 0,8675 4 aprel 0,8666
29 mart 0,8674 5 aprel 0,8663
30 mart 0,8672 6 aprel 0,8662
Həftə ərzində orta 0,86744 Həftə ərzində orta 0,86654

Ötən həftənin yekununa əsasən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja kursu 0,0009 bənd (0,09 faiz) aşağı düşüb. Orta kurs 1 ABŞ dollarına 0,8662 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum kursu aprelin 2-də (1 ABŞ dollarına 0,8667 manat), minimum isə 5 və 6 apreldə (1 ABŞ dollarına 0,8658 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 2 apreldə - 0,8667 AZN/USD kursu ilə $6,213 mln. 3 apreldə - 0,8665 AZN/USD kursu ilə $7,280 mln., 4 apreldə - 0,8662 AZN/USD kursu ilə $4,215 mln., 5 apreldə - 0,8658 AZN/USD kursu ilə $5,150 mln., 6 apreldə - 0,8658 AZN/USD kursu ilə $3,980 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi kursu
26 mart 0,8676 2 aprel 0,8669
27 mart 0,8675 3 aprel 0,8667
28 mart 0,8675 4 aprel 0,8666
29 mart 0,8674 5 aprel 0,8663
30 mart 0,8672 6 aprel 0,8662
Həftə ərzində orta 0,86744 Həftə ərzində orta 0,86654
ABŞ dollarına münasibətdə manatın birja kursu
26 mart 0,8675 2 aprel 0,8667
27 mart 0,8675 3 aprel 0,8665
28 mart 0,8675 4 aprel 0,8662
29 mart 0,8674 5 aprel 0,8658
30 mart 0,8671 6 aprel 0,8658
Həftə ərzində orta 0,8674 Həftə ərzində orta 0,8662

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və bir özəlləşdirmə çekinin qiyməti həftə ərzində 15 manat səviyyəsində qalıb. Lakin keçən həftənin sonunda onun qiyməti 14 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti